Martda gömrük daxilolmalarının həcmi kəskin artıb

Martda gömrük daxilolmalarının həcmi kəskin artıb

Ödənilən vəsaitin böyük bir hissəsi ƏDV-nin payına düşür.

2016-ci ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 173 milyon 653 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 41 milyon 237,13 min manat və ya 31,14% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mart ayı üzrə açıqladığı statsitik məlumatda bildirilib. 

Martda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 44 milyon 217 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 124 milyon 631 min manat, aksizlər üzrə 2 milyon 691 min manat, yol vergisi üzrə isə 2 milyon 113 manat təşkil edib.

Qeyd edək ki, ötən ilin mart ayında DGK-nın xətti ilə büdcəyə 132 milyon 416 min manat daxil olmuşdu.

0
13