UEFA-nın yeni prezidenti məlum oldu

UEFA-nın yeni prezidenti məlum oldu

UEFA-nın yeni prezidenti seçilib. Apasport.az saytının məlumatına görə, bu gün Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib.

O, 55 mümkün səsdən 45-ni toplayıb. Sloveniyalı UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gəlib.

Qeyd edək ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı qurumun tarixinə 7-ci prezident kimi düşüb. O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib.

0
4