Manatla əmanətlərin həcmi artıb – STATİSTİKA

Manatla əmanətlərin həcmi artıb – STATİSTİKA

Əhalinin xarici valyutada bank əmanətləri isə 6,3 milyard manat azalıb.2016-cı ilin yanvar-iyul aylarında əhalinin xarici valyutada bank əmanətləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21,3% - 6 milyard 337,8 milyon manata qədər və ya əhalinin bütün əmanətlərinin 80,8% azalıb.

Oxu.Az “İnterfax” a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankdan (AMB) məlumat verilib.

AMB-nin məlumatına görə, yanvar-iyul aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 6% - 1 milyard 506 milyon manatadək və ya bütün əmanətlərin 19,2% artıb.

1 avqust 2016-cı il tarixinə AMB-nin məlumatına görə, rezidentlərin bank əmanətləri 6 milyard 851,7 milyon manat, qeyri-rezidentlərin - 992,1 milyon manat təşkil edib. Bununla belə, 2016-cı ilin 7 ayı ərzində rezidentlərin əmanətləri 16,8%, qeyri-rezidentlərin - 19,5% azalıb.

Bütövlükdə, 1 avqust 2016-cı il tarixinə Azərbaycanda banklarda əmanət və depozitlərin həcmi 23 milyard 248,9 milyon manat təşkil edir, bu da ilin əvvəlinə olan göstəricidən 0,8% azdır.

Bununla belə, iyunda banklarda əmanət və depoazitlərin həcmi 117,9 milyon manat və 0,5% azalıb.

U.A

0
4