Ərdoğan: Xalq ölüm hökmünün bərpasını tələb edir

Ərdoğan: Xalq ölüm hökmünün bərpasını tələb edir

Türk xalqı edam cəzasının qaytarılmasını tələb edir, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Dövlət başçısının sözlərinə görə, əgər Türkiyə parlamenti edam hökmünün qaytarılması qərarını qəbul edərsə, heç kimin bunu tənqid etməyə haqqı yoxdur, belə ki, parlamentin qərarları xalqın iradəsini əks etdirir.

Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam hökmünün bərpası müzakirə edilirdi.

Türkiyədə 1986-cı ildən tətbiq edilməyən edam hökmü 2001-ci ildə ləğv edilib.

N.O.

0
4