Roma Papası azərbaycanlı heykəltəraşa təşəkkür etdi

Roma Papası azərbaycanlı heykəltəraşa təşəkkür etdi

Müqəddəs Roma Papası Fransisko azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərova təşəkkür məktubu göndərib.

Oxu.Az xəbər verir ki, Roma Papası məktubda hədiyyədən məmnun olduğunu bildirib:

“Hörmətli Zeynalabdin, sizin tərəfinizdən yaradılmış əsəri böyük məmnuniyyətlə qəbul etdim və hədiyyənizlə məni sevindirdiniz. Göstərdiyiniz dəyərə görə, sizə və ailənizə uca Tanrıdan əmin-amanlıq arzu edirəm. Sizə minnətdarlığımı və salamlarımı çatdırıram”.

Qeyd edək ki, azərbaycanlı heykəltəraş bu il Vatikanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müqəddəs Roma Papası Fransiskonun portretini hazırlayıb. Hazırladığı portretə görə, o, İtaliyaya dəvət olunub.

A.S.

0
17