DƏHŞƏT: 9 nəfər diri-diri yanıb öldü

DƏHŞƏT: 9 nəfər diri-diri yanıb öldü

ABŞ-ın Tennessee ştatının Memfis şəhərində bir evdə dəhşətli yanğın hadisəsi baş verib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yanğına kondisionerə qoşulmuş elektrik kabelinin səbəb olduğu deyilir.

Yanğın zamanı biri ağır yaralı olan ümumilikdə 10 nəfər evdən bayıra çıxarılıb. Ağır yaralı olaraq xilas edilən 8 yaşlı uşaqdan başqa digərləri tüstü zəhərlənməsi və ağır yanıq xəsarətləri nəticəsində ölüblər.

Dəhşətli yanğından xilas edilən 8 yaşlı uşağın vəziyyəti hələ də ağır olaraq qalır.

0
5