Müğənninin nikah şahidi Rəcəb Tayyib Ərdoğan olacaq – FOTO

Müğənninin nikah şahidi Rəcəb Tayyib Ərdoğan olacaq – FOTO

Toyda 500 nəfər qonaq iştirak edəcək.

Tanınmış türkiyəli müğənni Sinan Özen evlənir.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ifaçı iki ildir birlikdə olduğu əczaçı Burcu Kartalla 22 mayda Ataşehir Şeraton-da nikah masasına əyləşəcək.

Keçən il iyun ayında nişanlanan cütlüyün toyunda sənət, siyasət, idman və biznes sahəsindən 500 nəfər qonaq iştirak edəcək.

Sinan Özenin nikah şahidliyini Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Toy xəbərini təsdiqləyən məşhur müğənni “ürəyimlə bəhsə girdim, o qazandı” deyib.

Cütlük toydan sonra İtaliyaya uçaraq Como gölü kənarında bal ayı keçirəcək.

Aytən Sadıqzadə

0
18