MTRŞ “ANS ÇM”-dən 77 min manatını aldı

MTRŞ “ANS ÇM”-dən 77 min manatını aldı

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən “ANS ÇM” radiosuna təyin olunan 161 min manat cərimənin 77266 manatı məcburi qaydada “ANS ÇM” şirkətinin bank hesabından tutulub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, şirkətin bank hesabında lazımi qədər pul qalmadığından cərimənin qalan hissəsinin tutulması məcburi icraya yönəldiləcək.

Qeyd edək ki, “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161000 manat məbləğində cərimələyib.

A.M.

0
5