Türkiyəli model gözəl olmadığı üçün tənqid olundu – FOTO

Türkiyəli model gözəl olmadığı üçün tənqid olundu – FOTO

İngiltərədə yaşayan türk model Ecem Uzgör avqustun 26-da Almaniyanın Bremen şəhərində keçirilən “Top Model of the World” model müsabiqəsində Türkiyəni təmsil etməsi ilə qardaş ölkənin mediasında müzakirə obyektinə çevrilib.

Oxu.Az Hürriyet-ə istinadən xəbər verir ki, 25 yaşlı model gözəl olmadığına görə tənqid atəşinə tutulub. Əslində isə E.Uzgör gözəllik yarışmasının deyil, modellik yarışmalarının qalibi və iştirakçısıdır.

O, “London Fashion Week”, “Pakistan Fashion Week”, “Essex Fashion Week”, “Harrods Catwalk Show” kimi bir çox dəfilədə podiuma çıxıb.

Səkkiz il əvvəl Londona gəlib ingilis dili müəllimliyi oxuyan və ispan təhsili alan Uzgör, professional modelliklə yanaşı, Londonun ən məşhur müzikllarında aktrisa və müğənni kimi fəaliyyət göstərib.

2008-ci ildə “Miller Music Factory” mahnı yarışmasında 2000 nəfər arasında “cover” kateqoriyasında 3-cü olmağı bacarıb.

2012-ci ildə “Miss Asia Pacific World” müsabiqəsində Türkiyəni təmsil edən Uzgör, yarışmanın istedad mərhələsində Demi Lovatonun repertuarından “Give your heart a break” mahnısını səsləndirərək “Ən yaxşı istedad” seçilib və ilk 15-də yer alıb.

2012-ci ilin dekabr ayında Parisdə təşkil edilən “Face of Europe”da 2-ci dəfə Türkiyəni təmsil etmək şansı qazanıb.

2013-cü ilin noyabr ayında 140 model arasından ilk 5-yə qalaraq finalda “Craze” markasının siması seçilib.

0
8