Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəmin aktiv forması ilə xəstələnənlərin sayı 3989 nəfər olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu göstərici əhalinin hər 100 min nəfərinə hesabı ilə 42 nəfər təşkil edir.

Bütün yaş qruplarında vərəmlə xəstələnənlər arasında kişilər üstünlük təşkil edib.

Belə ki, 0-13 yaş qrupu əhali arasında xəstələnənlərin 59,7 faizi, 14-17 yaş qrupunda xəstələnənlərin 69,3 faizi, 18-29 yaş qrupunda olanların 67 faizi, 30-44 yaş qrupunda olanların 73,3 faizi, 45-64 yaş qrupunda olanların 71,1 faizi, 65 və daha çox yaşı olan sakinlər arasında xəstələnənlərin isə 62,6 faizi kişilər olub.

Ümumilikdə ötən il aktiv vərəmlə xəstələnənlərin 30,7 faizi qadın, 69,3 faizi kişi olub.

0
4