Valyuta hərracına 150 milyon dollar çıxarılıb

Valyuta hərracına 150 milyon dollar çıxarılıb

Ölkədə dolların ucuzlaşması davam edə bilər.Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirilən valyuta hərracına satışa 150 milyon dollar çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

“Report”un analitik qrupu hesab edir ki, hərrac nəticəsində dolların sabaha olan rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir.

U.A

0
4