Rusiyada ayı geoloqa hücum edib

Rusiyada ayı geoloqa hücum edib

Yakutiyanın cənubi-qərbində Suntar rayonunda, “ALROS” şirkətinin kəşfiyyat ekspedisiyasının əməkdaşına ayı hücum edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Regional Təbiət Nazirliyi məlumat yayıb.

Respublikanın Təbiətin Mühafizəsi Nazirliyinin məlumatına görə, ayı zərərsizləşdirilib.

“Yakutiyanın Təbiətin Mühafizəsi Nazirliyinə insana hücum edən ayının vurulmasına dair məlumat daxil olub. Yırtıcının vurulması gündüz saatlarında respublikanın “Dövlət ovçuluq mühafizə” idarəsinin iki əməkdaşı tərəfindən həyata keçirilib. “ALROS” şirkətinin əməkdaşının meyiti ayının vurulduğu yerdə aşkar edilib”, - məlumatda deyilir.

Qeyd edilir ki, hadisə yerinə DİN və prokurorluğun istintaq qrupu, eləcə də Yakutiya Təbiətin Mühafizəsi Nazirliyinin əməkdaşları gəlib.

N.O.

0
5