15 yaşlı oğlan cinsini dəyişib Kardaşyan oldu - FOTO

15 yaşlı oğlan cinsini dəyişib Kardaşyan oldu - FOTO

Britaniyada 15 yaşlı yeniyetmə oğlan cinsiyyətini dəyişərək özünü erməni əsilli məşhur ulduz Kim Kardaşyana bənzədib.

Lent.az-ın Daily.Mail-ə istinadən məlumatına görə, Tyler adlı yeniyetmə ilk dəfə 14 yaşında ikən trans olduğunu anlayıb və əməliyyatdan sonra adını dəyişərək Kairah Kelly edib.

K.Kelly indi əsl özünü tapdığını deyir: “ 8 yaşımda ikən güzgüyə baxdığımda gördüyüm şəxs mənə tamam yad gəlirdi. Həmişə özümü qadın geyimlərində təsəvvür edirdim. İndi amma güzgüyə baxarkən əsl özümü görürəm, Valideynlərim də məni olduğum kimi sevdiklərini deyirlər”.

Yay tətilindən məktəbə qayıdanda yeni görünüşü ilə hər kəsi təəccübləndirən Tylerin cinsini dəyişməsi  hər kəs tərəfindən normal qarşılanıb.

0
6