“Rio-2016”: Azərbaycan hesabına daha iki medal yazdırdı

“Rio-2016”: Azərbaycan hesabına daha iki medal yazdırdı

“Rio-2016” XV Yay Paralimpiya Oyunlarının altıncı günü Azərbaycan yığması üçün uğurlu olub.

Oxu.Az-ın xəbərinə görə, Yelena Çebanu uzunluğa tullanma yarışlarında 5,56 metr nəticə göstərərək gümüş medala sahib olub.

Qeyd edək ki, bu, Yelena Çebanunun Rioda qazandığı üçüncü medaldır. O, bundan əvvəl 100 metr məsafəyə qaçışda gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.

Bundan əlavə, üzgüçümüz Dmitri Saleh üçüncü dəfə qüvvəsini sınayaraq ölkəmizin hesabına daha bir gümüş medal qazandırıb. Finalda mübarizə aparan üzgüçümüz məsafəni 1:08,80 saniyəyə qət edərək ikinci olub.

Bununla Azərbaycan Paralimpiya yığmasının Rioda qazandığı ümumi medalların sayı 8-ə çatıb.

0
10