Tarkanın rekord qazancı

Tarkanın rekord qazancı

“Meqastar” ləqəbli Tarkan 3-11 sentyabr tarixlərində Harbiye Açıq Hava Teatrında 7 konsert verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 17 sentyabrda isə “Antalya Expo 2016”da səhnəyə çıxacaq.

Tarkanın hər bir konsert üçün 1 milyon lirə (təxminən 540 min manat) aldığı bildirilir. 8 konsertdən 8 milyon lirə qazanan müğənni rekorda da imza atıb.

Qeyd edək ki, ifaçının Harbiyedəki konsertlərinə biletlər 75-500 lirə, pilləkənlərdə isə 112 lirəyə satılıb. Konsertləri ümumilikdə 49 min tamaşaçı izləyib.

0
7