Səudiyyə Ərəbistanından Suriya razılaşmasına dəstək

Səudiyyə Ərəbistanından Suriya razılaşmasına dəstək

 Səudiyyə Ərəbistanı  Suriyada atəşkəsin əldə olunmasına dair razılaşmanı alqışlayır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı  XİN-nin məlumatında bildirilir.

“Səudiyyə Ərəbistanı  Suriyada müvəqqəti atəşkəs rejiminin başlanmasını maraqla izləyir və əldə olunan razılaşmanı alqışlayır”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, sentyabrın 12-dən etibarən Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair  əldə olunan razılaşma qüvvəyə minib.

0
12