Paralimpiya yığmamızdan daha 2 gümüş

Paralimpiya yığmamızdan daha 2 gümüş

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu və üzgüçüsü Dmitri Saleh ölkəmizin hesabına daha iki gümüş medal qazandırıblar.

APA-nın xəbərinə görə, Oyunların altıncı günü Yelena Çebanu uzunluğa tullanma yarışlarında 5.56 metr nəticə göstərərək gümüş medala sahib olub. Qeyd edək ki, bu Yelena Çebanunun Rioda qazandığı üçüncü medaldır. O, bundan əvvəl 100 metr məsafəyə qaçışda gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.

Bundan başqa, Azərbaycan üzgüçüsü Dmitri Saleh məsafəni 1:08,80 saniyəyə qət edərək komandanın hesabına daha bir gümüş medal qazandırıb.

Qeyd edək ki, bununla Azərbaycan Paralimpiya yığması Rioda qazandığı ümumi medalların sayı 8-ə çatıb.

0
6