İŞİD 19 suriyalını qurbanlıq heyvan şəklində qətlə yetirib

İŞİD 19 suriyalını qurbanlıq heyvan şəklində qətlə yetirib

İŞİD terror qruplaşmasının üzvləri 19 suriyalı kişini qətlə yetirərək, onları qurbanlıq heyvan kimi ayaqlarından asıblar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Əl-Arabiyyə” telekanalının saytı ekstremistlərin qətl zamanı çəkdikləri bir neçə şəkil ilə birgə məlumat yayıb.

Radikallar amansız qətli hazırda işidin işğalı altında olan Deyr-əz-Zor şəhərində, müqəddəs Qurban bayramının birinci günündə həyata keçiriblər.

Öldürülən şəxslər Suriya hökumətinə casusluq etməkdə ittiham olunublar.

N.O.

0
11