Türkiyənin ikinci yardım karvanı Suriyaya çatıb

Türkiyənin ikinci yardım karvanı Suriyaya çatıb

Türkiyənin Cilvəgözü şəhərindən göndərilən 20 yük maşınından ibarət ikinci humanitar yardım karvanı Suriyanın şimalına çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.  

Qeyd edək ki, rəsmi Dəməşq humanitar yardımın Suriya hökuməti və BMT ilə razılaşdırılmadan Hələb şəhərinə göndərilməsinə qarşı çıxış edib. “Anadolu” agentliyi  humanitar yardımın göndərilməsini  BMT ilə razılaşdırıldığını bildirir.

Agentlik günün sonunadək Türkiyə-Suriya sərhədini 40 yük maşınından ibarət humanitar yardım karvanının keçəcəyini bildirir.

0
16