Ekvador silkələndi: 233 ölü - YENİLƏNİB + FOTO + VİDEO

Ekvador silkələndi: 233 ölü - YENİLƏNİB + FOTO + VİDEO

Ölkə prezident rəsmi rəqəmləri açıqladı.

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkə prezidenti Rafael Korrea məlumat verib.

“Rəsmi rəqəm 233-ə çatıb, Tarki-de-Manta rayonuna böyük ziyan dəyib, binalar dağılıb”, - Korrea öz Twitter sahifəsində yazıb.

10:33

Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ nəticəsində 77 nəfər ölüb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 km cənub-şərqdə yerləşib. 

Təkanlar 19,2 km dərinlikdə qeydə alınıb.

Ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib ki, ölənlərin sayının artacağı istisna olunmur.

0
27