Çavuşoğludan ABŞ səfirinə irad

Çavuşoğludan ABŞ səfirinə irad

“ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.

Nazir yenidən Gülənin ABŞ-dan ekstradisiya olunması məsələsinə toxunub: “Biz ABŞ hakimiyyətindən Gülənin həbs  edilməsini gözləyirik”.  

0
11