Azərbaycan klubunun sabiq futbolçusu vəfat edib

Azərbaycan klubunun sabiq futbolçusu vəfat edib

Moskva “Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib, Oxu.Az “R-Sport”-a istinadən məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin “MKT-Araz” klublarının şərəfini qoruyub.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.

N.O.

0
7