Millimiz Olimpiadada 8-ci oldu

Millimiz Olimpiadada 8-ci oldu

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət əsas yığmamız Türkmənistan millisi ilə münasibətləri ayırd edib.

Azərbaycanın ikinci komandası Boliviya, üçüncü yığması isə Albaniya ilə üz-üzə gəlib.

Qadınlardan ibarət şahmatçılarımız da son turun görüşlərini keçiriblər. Olimpiadada iştirak edən millilərimiz müvafiq olaraq Malayziya, İran və Makedoniya qrossmeysterləri ilə qarşılaşıblar. Qadınlardan ibarət birinci komandamız yarışı 8-ci pillədə başa çatdırıb.

Bakı Şahmat Olimpiadası

X tur

Kişilər

Turnir cədvəli: 1. ABŞ - 20 xal; 2.Ukrayna – 20; 3. Rusiya – 18; …12. Azərbaycan-1 – 15; ...26. Azərbaycan-2 - 14, ...49. Azərbaycan-3 - 13.

 Qadınlar

Turnir cədvəli: 1. Çin - 20 xal; 2. Polşa - 17; 3. Ukrayna – 17; ...8. Azərbaycan-1 - 16, ...30. Azərbaycan-2 – 13; ...32. Azərbaycan-3 - 13.

0
16