Azərbaycanda yarım ton heroin tapıldı - FOTO

Azərbaycanda yarım ton heroin tapıldı - FOTO

Gömrük əməkdaşları əməliyyat həyata keçirib.

Azərbaycan gömrükçüləri yarım tondan artıq heroini aşkar edib. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, kişmiş yüklü maşın Astara gömrükçüləri tərəfindən əməliyyat məlumatına əsasən saxlanılıb. Maşına rentgen baxışı keçirilən zaman məlum olub ki, yük heç də kişmişdən ibarət deyil. Maşından təqribən yarım tondan artıq heroin aşkarlanıb.

Gömrük sənədləşməsində Volvo markalı yük maşınında 20 ton 200 kq kişmiş yükü olduğu yazılsa da, baxış zamanı məlum olub ki, 1997  kişmiş  qutusunun 100-ünə narkotik vasitə olan heroin qablaşdırılıb. 

Sürücü 39 yaşlı Belarus vətəndaşı Aleksandr Antonoviç Kuzmin yükün İran İslam  Respublikasından yükləndiyini və Belçikaya çatdırılmalı olduğunu deyib. A. Kuzmin  kiçmiş yükünün içində narkotik vasitə olan heroinin gizlədilməsindən  tamamilə xəbərsiz olduğunu bildirsə də, Dövlət  Gömrük Komitəsinin istintaq idarəsində başlanan araşdırmalar zamanı məsələyə aydınlıq gətiriləcək.

Azərbaycan gömrükçülərinin son ayda ikinci böyük miqyaslı uğurlu əməliyyatıdır. Ötən ay Xaçmaz gömrük idarəsində kişmiş yüklü maşına baxış keçirən zaman da 486 kq narkotik vasitə olan heroin aşkar edilmişdi.

0
29