ABŞ-da gecə klubunda atışma: 3 ölü

ABŞ-da gecə klubunda atışma: 3 ölü

Amerika Birləşmiş Ştatlarının İndiana ştatında gecə klubunda silahlı insident baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Journal-Gazette” məlumat yayıb.

Qəzetin yazdığına görə, hadisə sentyabrın 13-nə keçən gecə İndiana ştatının Fоrt-Ueyn şəhərində yerləşən gecə klubunda baş verib. Silahlı insident nəticəsində 3 nəfər öldürülüb, 2 nəfər isə yaralanıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

0
9