Türk Hava Yollarının sərnişin təyyarəsi qəza enişi edib

Türk Hava Yollarının sərnişin təyyarəsi qəza enişi edib

Türk Hava Yollarının (THY) sentyabrın 13-də səhər saatları İstanbul-Porto reysi ilə yola düşən sərnişin təyyarəsi uçuşdan az sonra havaya qalxdığı İstanbulun Atatürk Hava Limanına qəza enişi ilə geri dönüb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qəza enişinə səbəb göyərtəsində 134 sərnişinin olduğu “Boinq 787-800” tipli hava gəmisinin salonunda oksigen çatışmazlığı olub. Qəza enişi problemsiz başa çatıb.

0
9