Ermənistan parlamentinin qarşısında aksiya keçirilib

Ermənistan parlamentinin qarşısında aksiya keçirilib

İyul ayında Yerevanda polis alayının binasını zəbt etmiş və sonradan təslim olmuş silahlı dəstənin üzvlərinin doğmaları və tərəfdarları bu gün, sentyabrın 13-də parlament binasının qarşısına toplaşaraq deputatlardan “Sasna Tsrer”lə bağlı hansı addımların atılacağını dəqiqləşdirmək istəyiblər.

Oxu.Az News.am-a istinadən portalına istinadən bildirir ki, etirazçılar binaya daxil olan bütün deputatlara yaxınlaşıblar, lakin heç kim onları dinləmək istəməyib. Deputatlar bunu işə tələsmələri ilə izah ediblər.

“Biz deputatların “Sasna Tsrer”in üzvləri və siyasi məhbuslarla bağlı hansı addımları atacaqlarını anlamaq istəyirik. Lakin Ovanes Markaryandan savayı heç bir deputat bizi dinləmək istəmədi”, - mitinq iştirakçıları deyiblər.

0
14