Suriya ordusu İsrail qırıcısını vurduğunu açıqlayıb

Suriya ordusu İsrail qırıcısını vurduğunu açıqlayıb

Suriya ordusunun hərbçiləri İsrailə məxsus bir qırıcı və bir pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, SANA agentliyi hadisənin sentyabrın 13-nə keçən gecə, İsrail tərəfinin əl-Kuneytra bölgəsində Suriya ordusunun mövqelərinə zərbə endirərkən baş verdiyini bildirib.

Pilotların taleyi barədə xəbər verilmir.

İsrail ordusunun mətbuat xidməti hadisə barədə heç bir şərh verməyib.

0
9