Sarkisyan Ermənistana yeni baş nazir təyin edib

Sarkisyan Ermənistana yeni baş nazir təyin edib

Ermənistanda yeni baş nazir təyin edilib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, prezident Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, K.Karapetyan 1963-cü ildə Azərbaycanda - Xankəndi şəhərində doğulub. 2010-2011-ci illərdə İrəvanın meri olub.

“Qazprombank”ın 1-ci vitse-prezidenti postu da daxil olmaqla, “Qazprom”un strukturlarında yüksək vəzifələrdə çalışıb.

0
4