Ermənistana yeni baş nazir təyin edildi

Ermənistana yeni baş nazir təyin edildi

Ermənistanın yeni baş nazirinin adı məlum olub.

Lent.az-ın news.am-a istinadən məlumatına görə, bu barədə prezident Serj Sarkisyan fərman imzalayıb. Fərmana əsasən Karen Karapetyan baş nazir təyin edilib.

Qeyd edək ki, Karen  Karapetyan 14 avqust 1963-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub.

Yerevan Dövlət Universitetini bitirib.

2010-2011-ci illərdə Yerevanın meri olub.

2011-ci ildən indiyə qədər "Qazprom"da yüksək vəzifələrdə çalışıb.

0
10