Azərbaycan yığması dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan yığması dünya çempionatına qələbə ilə başlayıb

Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi keçirilir.

Oxu.Az xəbər verir ki, millimiz çempionatda “F” qrupunda İran, Mərakeş və İspaniya yığmaları ilə mübarizə aparır. Yığmamız ilk oyununda sentyabrın 13-də Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Afrika çempionu Mərakeş futzalçıları ilə qarşılaşıb.

Anqolalı baş hakim Jose Katemonun idarə etdiyi və komandamızın üstünlüyü ilə keçən görüşdə Azərbaycan milli komandasının heyətində Vassura het-trik edib, Qallo və Tyaqo Bolina isə hərəyə bir dəfə fərqləniblər. Beləliklə, Azərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsində Afrika çempionunu 5:0 hesabı ilə məğlubiyyətə uğradaraq turnirə qələbə ilə başlayıb.

“F” qrupunun digər görüşündə isə İran və İspaniya üz-üzə gələcək.

0
7