Kamran Ağayev "Boavişta"-ya keçdi

Kamran Ağayev "Boavişta"-ya keçdi

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu yay özünə klub tapa bilməyən, son anda "Sumqayıt"la müqavilə imzalayan futbolçu gözlənilmədən bu gün Portuqaliyanın "Boavişta" klubu ilə müqavilə imzalayıb.

30 yaşlı futbolçu Portuqaliya təmsilçisi ilə mövsümün sonunadək anlaşıb. Artıq klub bu barədə rəsmi məlumat da yayıb. O, "Boavişta"ya azad agent statusu ilə keçib. Çünki futbolçunun "Sumqayıt"la müqaviləsində onun xarici klubdan dəvət alacağı halda problemsiz buraxılmasına dair bənd var idi.

Qeyd edək ki, "Boavişta" bu yay Azərbaycan yığmasının digər futbolçusu Emin Mahmudovu da heyətinə qatmışdı.

0
13