Rio-2016: Azərbaycan atleti bürünc medal qazandı

Rio-2016: Azərbaycan atleti bürünc medal qazandı

Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu XV Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

APA-nın məlumatına görə, qaçış yarışlarının finalında 200 m məsafəni 23,80 saniyəyə qət edən Y.Çebanu üçüncü yerə sahib olub.

Bundan əvvəl idmançımız Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.

Hazırda Azərbaycan yığmasının hesabında 6 medal var.

0
11