Qubada sürücü kafeyə maşınla girdi - FOTO

Qubada sürücü kafeyə maşınla girdi - FOTO

Polis hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.

Qubanın H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, “40 BF 800” dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil yüksək sürətlə yol kənarındakı maneəni yıxaraq kafenin həyətinə girib.

Qəza İqrıq kəndindən olan sürücü Akif Qədirovun idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Avtomobilə ciddi ziyan dəyib.

Hazırda Quba polisi hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.

0
28