Ronaldo doğma klubuna qarşı - CƏDVƏL

Ronaldo doğma klubuna qarşı - CƏDVƏL   Sabah Çempionlar Liqasında (ÇL) əsas mərhələyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropa nəhəngləri qrup mərhələsində mübarizəyə başlayacaqlar.   İlk olaraq, A, B, C və D qruplarında yer alan komandalar ilk tur matçına çıxacaqlar. Əsas diqqət çəkən oyun Parisdə baş tutacaq. Zlatan İbrahimoviçlə yollarını ayırmasına baxmayaraq, daha da güclənən və ÇL-i qazanmağı hədəfləyən PSJ İngiltərə nəhənglərindən “Arsenal”ı qəbul edəcək.   Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Portuqaliyaya səfər edəcək. “Ağ-qaralar” “Benfika” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Qartal” ləqəbli iki komandanın mübarizəsi böyük maraq kəsb edir.   Sentyabrın 14-dəki “Real” – “Sportinq” görüşü isə Kriştianu Ronaldo üçün xüsusi əhəmiyyət kəsb edəcək. Çünki “kral klubu”nun qolçusu onu yetişdirən komandanın qapısına qol vurmağa çalışacaq.     Çempionlar Liqası Qrup mərhələsi. I tur   13 sentyabr   A qrupu 22:45. “Bazel” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan) 22:45. PSJ (Fransa) – “Arsenal” (İngiltərə)   B qrupu 22:45. “Benfika” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 22:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Napoli” (İtaliya)   C qrupu 22:45. “Barselona” (İspaniya) – “Seltik” (Şotlandiya) 22:45. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya)   D qrupu 22:45. “Bavariya” (Almaniya) – “Rostov” (Rusiya) 22:45. PSV (Hollandiya) – “Atletiko” (İspaniya)   14 sentyabr   E qrupu 22:45. “Bayer” (Almaniya) – MOİK (Moskva, Rusiya) 22:45. “Tottenhem” (İngiltərə) – “Monako” (Fransa)   F qrupu 22:45 “Legiya” (Polşa) – “Borussiya” (Dortmund, Almaniya) 22:45. “Real” (İspaniya) – “Sportinq” (Portuqaliya)   G qrupu 22:45. “Brügge” (Belçika) – “Lester” (İngiltərə) 22:45. “Porto” (Portuqaliya) – “Kopenhagen” (Danimarka)   H qrupu 22:45. “Yuventus” (İtaliya) – “Sevilya” (İspaniya) 22:45. “Lion” (Fransa) – “Dinamo” (Zaqreb, Xorvatiya)
0
9