OPEC Azərbaycanın bu il nə qədər qaz tədarük edəcəyini açıqlayıb

OPEC Azərbaycanın bu il nə qədər qaz tədarük edəcəyini açıqlayıb

Bu ilin üçüncü rübündə Azərbaycan gündəlik ortalama 0,8 mln. barel (mb/d) maye qaz tədarük etmək imkanına malikdir. Bu rəqəm 2016-c ilin 4-cü rübü və bütün il üzrə isə 0,9 mb/d-yə bərabər olacaq.

Lent.az “Report”a istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hazırladığı hesabatda deyilir.

Hesabata görə, 2017-ci ilin birinci rübündə Azərbaycanın qazla təchizatı 0,9 mb/d-yə, digər 3 rübdə və illik ortalama 0,8 mb/d-yə bərabər olacaq.

OPEC Azərbaycanda gündəlik neft təminatının 16 min barel (tb/d) civarında olduğunu da açıqlayıb.

0
7