Hindistanda iki müsəlman qadını inək əti yediklərinə görə zorlayıblar

Hindistanda iki müsəlman qadını inək əti yediklərinə görə zorlayıblar

Hindistanda dörd kişi gənc qadını və onun 14 yaşlı xalası qızını inək əti yediklərinə görə zorlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, sentyabrın 12-də, BBC News nəşri məlumat verir.

Cinayət iki həftə əvvəl, əhalisinin əksəriyyəti müsəlmanların təşkil etdiyi Xaryana ştatında törədilib.

“Onlar dedilər ki, əgər mən bu barədə polisə danışsam, məni və ailəmi öldürəcəklər”, - 20 yaşlı qadın deyib. O həmçinin əlavə edib ki, hücum çəkən şəxslər onun xalasını və dayısını ölümcül döyüblər.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, şübhəli şəxslər artıq saxlanılıb və onlara qarşı adam öldürmə və zorakılıq maddələri ilə cinayət işi qaldırılıb.

Qeyd edək ki, Hindistanda inək müqəddəs heyvan sayılır, onları öldürmək və ətini yemək qadağandır.

0
14