Azərbaycan dünya “kiber idmanının” lideridir

Azərbaycan dünya “kiber idmanının” lideridir

Azərbaycan Beynəlxalq Kompüter İdmanı Federasiyası – IeSF-in reytinqində birinci yeri tutub.

Oxu.Az xəbər verir ki, reytinq IeSF tərəfindən təşkil olunan turnirlərin və çempionatlara gələn ziyarətçilərin sayı, ölkədə kiberidmanın inkişafı kimi meyarlar əsasında müəyyən edilib.

Cənubi Koreya və Çin müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

İlk onluğa həmçinin Rusiya, CAR, Rumıniya, Filippin, Serbiya, Gürcüstan və İsveçrə daxil olub.

Qeyd edək ki, IeSF 2008-ci ilin noyabrında təsis edilib. Hazırda qurum 47 milli federasiyadan ibarətdir

0
11