Gənc oğlanın yolun ortasında can verdiyi an –VİDEO (18+)

Gənc oğlanın yolun ortasında can verdiyi an –VİDEO (18+)

Salyanda 23 yaşlı gənc bıçaqla qətlə yetirilib.

Oxu.Az CTV-yə (Region TV) xəbər verir ki, hadisə ötən gün Salyan şəhərində qeydə alınıb.

Salyan şəhər sakini, 23 yaşlı Ağaverdi Davudov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq yolun üzərində köməksiz halda can verib.

Ətrafdakı insanların köməkliyi ilə hadisə yerinə təcili yardım çağırılıb. Ağır bıçaq yarası alan Ağaverdi Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Qatilin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Ağaverdi Davudovu qətlə yetirən rayonun Babazənan yaşayış massivinin sakini, 20 yaşlı Ağaqulu Qubadov Polis Şöbəsinə gələrək könüllü təslim olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

0
15