Türk ordusu İraqda əməliyyat keçirib

Türk ordusu İraqda əməliyyat keçirib

Türkiyə ordusu sentyabrın 11-də gecə İraqda antiterror əməliyyatı keçirib.

APA-nın “Milliyet’ qəzetinə istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Türkiyə-İraq sərhədində, Şimali İraqdakı Kelaspi dağı ətəklərindən Türkiyənin Şırnak rayonuna sızmağa çalışan 40 PKK terrorçusundan ibarət qrup aşkarlanıb.

Bununla əlaqədar sentyabrın 11-də gecə saat 3:00 radələrində 600 hərbçidən ibarət iki tabor Şırnakdan İraq sərhədini keçərək 4 km irəliləyib.

Antiterror əməliyyatı zamanı 10 terrorçu öldürülüb, bir ədəd iriçaplı pulemyot və xeyli sursat da ələ keçirilib.

Türkiyə hərbçiləri səhər saat 9:00 radələrində Türkiyəyə qayıdıblar.

0
11