Moskvanın mərkəzində gənc qızı “Bentley”də qaçırdılar - VİDEO

Moskvanın mərkəzində gənc qızı “Bentley”də qaçırdılar - VİDEO

Qızı avtomobilin yük yerinə zorla salıblar.

Moskvanın mərkəzində naməlum şəxslər qara rəngli “Bentley Continental” avtomobilində gənc qızı qaçırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə LifeNews-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin məlumatına görə, qızı avtomobilin yük yerinə zorla salıblar.

Şahidlərin sözlərinə əsasən, hadisə Moskvanın Myasniçk küçəsində baş verib. Sonradan “Е935АН77” dövlət nömrə nişanlı avtomobil “Lubyanka” metro stansiyası tərəfinə istiqamətlənib. 

Polis şübhəli şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

0
28