"Boşanmaqla bağlı sual ünvanlasalar..." - azərbaycanlı müğənni

"Boşanmaqla bağlı sual ünvanlasalar..." - azərbaycanlı müğənni

Müğənni Lətifə Soyuöz şəxsi həyatı ilə bağlı sual verilməsinə qadağa qoyub.

Lent.az-ın axsam.az-a istinadən məlumatına görə, bir müddət əvvəl həyat yoldaşı Dəniz Soyuözlə boşanan ifaçı "ATV maqazin onlarla" verilişində təsəllini oğlu Ariflə tapdığını deyib:

"Bu hadisəni uzun müddət gizlətdim. Həmişə sənətimlə gündəmə gəldim, kiminsə haqqında pis danışmadım. Vaxtı gəldi, boşandığımı dedim. Bundan sonra heç kim mənə bu sualı verməsin. Hansısa bir verilişdə boşanmaqla bağlı sual ünvanlasalar, cavab verməyəcəyəm.

Həyatımda ən böyük itki atamın dünyasını dəyişməsi olub. Başqa itkilər düzələndir. Mənim gözəl övladım var, heç nəyə peşman deyiləm.

Keçmiş həyat yoldaşımla münasibətimiz dost kimidir. Bizim on illik tanışlığımız var, onu çirkinləşdirmək istəmirəm".

0
13