Azərbaycanda məhbus ölüb

Azərbaycanda məhbus ölüb

Azərbaycanda məhkum ölümü baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Novruz Novruzov qəfildən dünyasını dəyişib.

Jurnalist Əvəz Zeynalı bildirib ki, N.Novruzovla bir yerdə həbsdə olub:

“Çox sağlam adam idi. Onun qəfil ölümü mənə çox pis təsir etdi”.

Qeyd edək ki, N. Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.

0
20