Bakıda avtomobil piyadanı vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında “Elit” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

“Ford” markalı avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Zaur Kamandar oğlu Əliyevi vurub. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

0
10