Şimali Koreyada daşqın: 133 ölü, 400 itkin

Şimali Koreyada daşqın: 133 ölü, 400 itkin

Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 400 nəfər itkin düşmüş hesab edilir.

Məlumata əsasən, ölkədə yağan aramsız yağışlar səbəbindən Tumanqan çayı məcrasından çıxaraq  daşqınlar əmələ gətirib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə,  107 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb.

0
9