Klintonun Kaliforniya səfəri ləğv edildi

Klintonun Kaliforniya səfəri ləğv edildi

Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi, sabiq dövlət katibi  Hillari Klinton səhhəti ilə əlaqədar Kaliforniyaya səfərini ləğv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Klinton seçkiqabağı kampaniya çərçivəsində sentyabrın 12-13-də Kaliforniyada bir sıra görüşlər keçirməli idi.

Ötən gün Hillari Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o , rəsmi mərasimi başa çatmamış tərk edib. Həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar.

0
11