ABŞ-da məktəb avtobusu divara çırpıldı: ölən və yaralananlar var

ABŞ-da məktəb avtobusu divara çırpıldı: ölən və yaralananlar var

ABŞ-da məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Denver şəhərində (Kolorado ştatı) qeydə alınıb.

Məlumata əsasən, avtobus qəflətən yoldan çıxaraq beton divara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb, 20-dək məktəbli müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara çatdırılıb. Onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

0
10