Qocalar evində yanğın: 1 ölü, 3 yaralı

Qocalar evində yanğın: 1 ölü, 3 yaralı

Fransanın paytaxtı Paris yaxınlığında qocalar evində güclü yanğın baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 qadın ölüb, daha 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Məlumata əsasən, Sen-Mor-de-Fosse kommunasında baş verən yanğının söndürülməsinə 55 yanğınsöndürən cəlb edilib. İnsidentin səbəbləri müəyyənləşdirilir.

0
10