Hillari Klintona ağciyər pnevmoniyası diaqnozu qoyuldu

Hillari Klintona ağciyər pnevmoniyası diaqnozu qoyuldu

Hillari Klintonun səhhəti pisləşib, həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu sabiq ABŞ dövlət katibinin həkimi Liza Bardek bəyan edib.

“Hillari Klintona ağciyər pnevmoniyası diaqnozu hələ sentyabrın 9-da, müayinə zamanı qoyulub. Müayinə xanım Klintonun uzun müddət öskürəkdən əziyyət çəkdiyi üçün aparılıb. Ona müvafiq dərmanların qəbulu ilə yanaşı istirahət etmək tövsiyə olunub.  Bu günkü tədbirdən sonra Hillari Klinton təkrar müayinədən keçib, hazırda vəziyyəti qənaətbəxşdir və o, sağalmaq üzrədir”, deyə L.Bardek bildirib.

Qeyd edək ki, ötən gün Hillari Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o , rəsmi mərasimi başa çatmamış tərk edib.

0
14