“Neftçi”nin keçmiş qapıçısı kəskin ittihamlara çıxış etdi

“Neftçi”nin keçmiş qapıçısı kəskin ittihamlara çıxış etdi

"Neftçi" azarkeşi və 4 il boyunca bu klubun şərəfini qorumuş bir oyunçu kimi klub rəhbərliyi və bütövlükdə Müşahidə Şurasına, Çingiz Abdullayev və Elnur Məmmədova cəmiyyəti aldatmağa son qoymaları və daha Azərbaycanın ən böyük klubu “Neftçi”ni biabır etməmələri üçün təcili istefa verməkləri istəyi ilə müraciət etmək istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin keçmiş qapıçısı Saşa Stamenkoviç feysbukda “Neftchi Baku (Fan Page)” səhifəsinə göndərdiyi müraciətdə deyib. O, klubun düşdüyü vəziyyətdə əsas günahkar olaraq rəhbərliyi günahlandırıb və sərt ittihamlarla çıxış edib.

“Sizin şəxsi maraqlarınız, pulları böldüyünüz oyunçuları məcburiyyət qarşısında qoymağınız (necə ki mənə də təklif olunmuşdu, borcun yarısını mənə, yarısını öz cibinizə qoyasız) bəlkə siz fikirləşirdiniz ki, bu rahat alınacaq, amma unutdunuz ki, "Neftçi"nin, Elnura (Məmmədov – red.) rejissor, Çingizə (Abdullayev – red.) yazıçı kimi "Neftçi"ni necə məhv etdiyiniz" haqqında kitabı yazmağa qoymayacaq azarkeşləri var.

Mən keçmişə qayıdıb sizə bizi – 12 legioneri niyə buraxdığınız üçün sual vermək istəmirəm, bəlkə ona görə ki, bizi ora Sadıq müəllim gətirib və biz klub tarixinin ən güclü nəsli idik. Artıq hərəmiz bir klubdayıq, yeni uğurlar qazanırıq və sizi bağışlamışıq, amma qorxuram ki, azarkeşlər sizi heç zaman bağışlamasın. Nə oyunçular, nə məşqçilər günahkar deyil. Ancaq sizin futboldaki cəhalətiniz, ona görə də sizin "Neftçi"dən getməyiniz gərəkir, onu daha da məhv etməyəsiz deyə. Yaşasın "Neftçi", yeni qələbələrə qədər!".

0
11